ChayPay bloq

Nağdsız bəxşişlər!

Pandemiyanın başladıqdan bəri bir çox insan nağd pullara və qəpiklərə toxunmaq istəmir. Buna görə də şirkətlər və bir çox iaşə yerləri onlayn ödənişlərə və yeni innovasiyalara yönəlir. Müştərilərlə qisa bir sorğu keçirdikdən sonra gördük ki, nağdsız ödəniş zamanı restoran və kafelərdə bəxşiş qoymaq müştərilərə problem yaradır. Biz də bu probləmi həll etmək və eyni zamanda yenilik gətirmək məqsədi ilə ChayPay-i yaratdıq.


ChayPay nədir?
Hərşeyin rəqəmsallaşdığı bu dövrdə artıq “nağd xırda pul” belə daşımağa ehtiyac qalmayacaq. ChayPay ilə kafe və restoranlarda və eyni zamanda individual şəxslərə kartla bəxşiş qoya bilərsiniz.


ChayPay necə işləyir?
Sadəcə xidmət gördüyün (Kafe, restoran və s) və bəyəndiyin küçə musiqicisinə QR-kod skan edərək istədiyin qədər bəxşiş qoya bilərsən və eyni zamanda dəyərləndirə bilərsən. Müəssəsələr qoyulan rəylərə əsasən xidmətlərini gözdən keçirə və rəylərə əsasən inkişaf elətdirə billər. Ya da ki sadəcə gələn pozitiv rəylərə görə sevinə bilərlər

Niyə ChayPay?
Şirkətlər ChayPay-in özəlliklərindən istifadə edərək işçilərinin motivasiyasını artıra, performanslarını nəzərdən keçirə və hətta müştəri yönümlü dəyişikliklər edə bilər. Bu sayədə bizneslərini inkişaf etdirmə imkanı qazanırlar. Müştərilər isə gördükləri xidmətin dəyərini artıraraq qarşılarındakını xoşbəxt edə bilər. Biz inanırıq ki, bəxşiş vermək işçi/müştəri münasibətlərində daha az yük olmalı və keyfiyyətli xidməti gücləndirmək üçün daha çox fürsət yaratmalıdır. Eyni zamanda bunu əyləncəli etməyə çalışırıq.